Yuxarı

​"EUROPOL" PKK terror təşkilatının narkotik maddələrin satışından əldə etdiyi qazancı açıqlayıb

Onlar Avropada 8-12 yaşlı yeniyetmələrə satdıqları narkotik maddələrdən əldə edilən pulu PKK-nın silahla təchizatına yönəldirlər

Bakı. 11 sentyabr. REPORT.AZ/ Hər il terrorçu PKK narkotik maddələrin ticarətindən ildə 1,5 - 3 milyard dollar gəlir əldə edir. "Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu, Avropa İttifaqı Polis Xidmətinin ("EUROPOL") hesabatında göstərilib.

Hesabata əsasən, terrorçu PKK Avropa bazarında nakotik ticarəti üzrə birinci yerdədir.

Başqa beynəlxalq təşkilatların yaydığı hesabatlara əsasən, PKK ildə 500 milyondan 2,5 milyard dollaradək pul əldə edir. Onlar Avropada 8-12 yaşlı yeniyetmələrə satdıqları narkotik maddələrdən əldə edilən pulu PKK-nın silahla təchizatına yönəldirlər.

Xəbərə görə, Türkiyədə narkotik ticarətinə birbaşa və dolayı yolla əsasən həmin cinayətkar qruplaşma nəzarət edir. Bundan başqa, Asiya və Yaxın Şərq ölkələrindən Türkiyəyə göndərilən narkotik maddələrdən də PKK-ya böyük pay verilir.

Terrorçular heroini və başqa narkotik maddələri böyük sexlərdə hazırlayaraq Türkiyədən Avropaya daşıyırlar. Onların əsas sexləri İraqın şimalında yerləşir. Bundan başqa, PKK narkotik maddələrin qaçaqmalçılığından da pay alır.

Məlumata görə, bir müddət öncə BMT-nin hesabatlarında da bu terrorçu qruplaşmanın birbaşa iştirakı ilə narkotik ticarətindən əldə etdiyi vəsaitin silah-sursat almaq üçün yönəldiyi vurğulanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi