Ərzurumda keçirilən antiterror əməliyyatında 1 hərbçi şəhid olub, 3 terrorçu məhv edilib

Ərzurumda keçirilən antiterror əməliyyatında 1 hərbçi şəhid olub, 3 terrorçu məhv edilib Ərazidə aparılan axtarış nəticəsində avtomat, pulemyot və snayper tüfəngi, çoxlu sayda sursat aşkarlanıb
Region
17 İyun , 2017 16:27
Ərzurumda keçirilən antiterror əməliyyatında 1 hərbçi şəhid olub, 3 terrorçu məhv edilib

Bakı. 17 iyun. REPORT.AZ/ Türkiyənin Ərzurum əyalətinin Şenkaya rayonunda keçirilən antiterror əməliyyatı nəticəsində yaralanan bir hərbçi xəstəxanada şəhid olub.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, əməliyyat zamanı terrorçu PKK qruplaşmasının 3 silahlısı məhv edilib.

Ərazidə əməliyyat çərçivəsində aparılan axtarış nəticəsində bir Kalaşnikov avtomatı, bir pulemyot və snayper tüfəngi, çoxlu sayda sursat və ərzaq aşkarlanıb.

Bölgədə əməliyyat davam etdirilir.

Son xəbərlər

Orphus sistemi