Ərzurumda hərbçilərlə terrorçular arasında atışma olub, bir gizir yaralanıb, bir terrorçu məhv edilib

Ərzurumda hərbçilərlə terrorçular arasında atışma olub, bir gizir yaralanıb, bir terrorçu məhv edilib Bölgədə genişmiqyaslı əməliyyat keçirilib
Region
18 May , 2017 14:49
Ərzurumda hərbçilərlə terrorçular arasında atışma olub, bir gizir yaralanıb, bir terrorçu məhv edilib

Bakı. 18 may. REPORT.AZ/ Türkiyənin Ərzurum əyalətinin Şenkaya rayonunda hərbçilərlə terrorçu PKK silahlıları arasında baş verən atışma nəticəsində bir terrorçu məhv edilib, bir gizir yaralanıb.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, Ərzurumun Dəyirmandərə kəndi ilə Beşpinar kəndi arasında keçirilən axtarış-əməliyyat tədbiri zamanı hərbçilər 5 nəfərlik terrorçu qrupla qarşılaşıb.

Bu zaman hərbçilərlə terrorçular arasında atışma olub. Yaralanan gizir xəstəxanaya yerləşdirilib və onun vəziyyəti artıq yaxşıdır.

Bölgədə genişmiqyaslı əməliyyat keçirilib. 

Son xəbərlər

Orphus sistemi