Serj Sarqsyan Ermənistana yeni baş nazir təyin edib

Serj Sarqsyan Ermənistana yeni baş nazir təyin edib O, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində anadan olub
Region
13 Sentyabr , 2016 11:49
Serj Sarqsyan Ermənistana yeni baş nazir təyin edib

Bakı. 13 sentyabr. REPORT.AZ/ Karen Karapetyan Ermənistanın yeni baş naziri təyin olunub.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, ölkə prezidenti Serj Sarqsyan sentyabrın 13-də bununla bağlı fərman imzalayıb.

Qeyd edək ki, Karen Karapetyan 1963-cu il avqustun 13-də Azərbaycanın Dağlıq Qarabağ bölgəsində anadan olub. 1980-85-ci illərdə Yerevan Universitetinin tətbiqi- riyaziyyat fakültəsini bitirib. İqtisadi elmlər doktorudur. 1996-98-ci illərdə "Armenerqo"nun direktor müavini, 1998-2001-ci illərdə bu müəssisənin direktoru, Ermənistan eregetika nazirinin müavini, 2001-2010-cu illərdə "ArmRosqazprom"un (hazırda "Qazprom-Armeniya" adlanır, Rusiyanın "Qazprom" dövlət şirkətinin törəməsidir) baş direktoru, 2010-cu ilin dekabrından 2011-ci ilin oktyabrınadək Yerevanın meri vəzifələrində işləyib. 2011-ci ilin dekabrından "Qazprombank"ın prezidentinin birinci müavinidir.

Xatırladaq ki, sentyabrın 8-də Ermənistanın baş naziri Ovik Abramyan istefa verib. O, 2014-cü il aprel ayının 13-dən Ermənistan baş naziri vəzifəsində çalışırdı. O, bu vəzifədə Tiqran Sarkisyanı əvəz edib.

Son xəbərlər

Orphus sistemi