​Ermənistanın valyuta ehtiyatı azalıb

​Ermənistanın valyuta ehtiyatı azalıb Mərkəzi Bank: Valyuta ehtiyatının azalması davamlı xarakter daşıyır
Region
27 Oktyabr , 2015 13:05
​Ermənistanın valyuta ehtiyatı azalıb

Bakı. 27 oktyabr. REPORT.AZ/ Ermənistanın valyuta ehtiyatı avqustla müqayisədə 20 milyon dollar azalaraq, bir milyard 625,5 miliyon dollar təşkil edib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Mərkəzi Bankı məlumat yayıb.

Məlumata görə, ötən ilin sentyabrında Ermənistanın valyuta ehtiyatı bir milyard 663 milyon dollar olub: "Bu ilin sentyabrında isə son 4 ilin ən aşağı göstəricisi qeydə alınıb. Cari il başlayandan valyuta ehtiyatının azalması davamlı xarakter daşıyır. İri obyektlərin satışı, beynəlxalq kreditlərin hesabına bu boşluq doldurulsa da, ümumi mənzərə dəyişmir". 

Son xəbərlər

Orphus sistemi