Ermənistanın sabiq maliyyə nazirinin həbs müddəti artırıldı

Ermənistanın sabiq maliyyə nazirinin həbs müddəti artırıldı Ermənistanın Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri, ölkənin sabiq maliyyə naziri Qaqik Xaçatryanın həbs müddəti artırılıb.
Region
27 Fevral , 2020 06:43
Ermənistanın sabiq maliyyə nazirinin həbs müddəti artırıldı

Ermənistanın Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri, ölkənin sabiq maliyyə naziri Qaqik Xaçatryanın həbs müddəti artırılıb.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

Xaçatryanın vəkili Erem Sarkisyan bildirib ki, o, daha 2 ay həbsdə qalmalı olacaq.

Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin müstəntiqləri Qaqik Xaçatryanın həbsi müddətinin iki ay uzadılması haqqında vəsatət qaldırıblar.

Xaçatryan ötən ilin 30 avqustunda həbs edilib. O, külli miqdarda dövlət vəsaitini mənimsəməkdə və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir. Xaçatryan Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın (2008-2018-ci illər) əsas siyasi fiqurlarından biri olub. O, 2008-ci ildən 2014-cü ilə qədər Dövlət Gəlirləri Komitəsinə sədrlik edib. Xaçatryan 2014-cü ildən 2016-cı ilin sonuna kimi maliyyə naziri vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi