​Ermənistanın polis rəisi avtobusun partlaması ilə bağlı açıqlama verib

​Ermənistanın polis rəisi avtobusun partlaması ilə bağlı açıqlama verib İstintaq terror aktını inkar edib
Region
26 Aprel , 2016 12:34
​Ermənistanın polis rəisi avtobusun partlaması ilə bağlı açıqlama verib

Bakı. 26 aprel. REPORT.AZ/ Yerevanda avtobusda partlayış sərnişinlərdən birinə məxsus əşyanın detonasiyası nəticəsində baş verib.

"Report" "panarmenian" agentliyinə istinadən xəbər verir ki, bunu Ermənistanın polis rəisi Vladimir Qasparyan bildirib.

O əlavə edib ki, partlayışın qaz və ya dizel yanacağı ilə heç bir əlaqəsi yoxdur.

TASS-ın məlumatına görə, istintaq terror aktını inkar edib.

Qeyd edək ki, Yerevanda 63 saylı marşrut avtobusunun partlaması nəticəsində 2 nəfər ölüb, ikisi uşaq olmaqla 7 nəfər yaralanıb. Ermənistanın səhiyyə naziri bildirib lki, hazırda yaralılar xəstəxanadadır və onların səhhəti stabildir.

Son xəbərlər

Orphus sistemi