Yuxarı
    Bağlamaq

    ​Ermənistanın keçmiş prezidenti cərrahiyyə əməliyyatı olunub

    Levon Ter-Petrosyan xəstəxanadan çıxıb və qohumlarının evində müalicəsi davam etdirilir

    Bakı. 25 yanvar. REPORT.AZ/ Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan ABŞ-ın Qlendel şəhərində "Glendale memorial" xəstəxanasında bağırsaq xərçəngindən cərrahiyyə əməliyyatı olunub.

    "Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

    Məlumata görə, əməliyyatdan sonra keçmiş prezident xəstəxanadan çıxarılıb və qohumlarının evində müalicəsi davam etdirilir.

    Qeyd edək ki, yanvarın 9-da Levon Ter-Petrosyan oğlunun toyunu təxirə salaraq, təcili ABŞ-a səfərə gedib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi