Ermənistanın keçmiş müdafiə nazirinin kadrları "təmizlənir"

Ermənistanın keçmiş müdafiə nazirinin kadrları "təmizlənir" İstefalar bu ilin əvvəlində üstü açılan Ermənistan Müdafiə Nazirliyindəki korrupsiya qalmaqalları ilə bağlıdır
Region
25 Noyabr , 2016 14:56
Ermənistanın keçmiş müdafiə nazirinin kadrları təmizlənir

Bakı. 25 noyabr. REPORT.AZ/ Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın kadrları vəfifələrindən uzaqlaşdırılırlar.

Bu barədə "Report" Ermənistan KİV-inə istinadən xəbər verir.

"Jovohurd" qəzetinin mənbələrinin verdiyi məlumata görə, S.Ohanyanla qohumluq əlaqələri olan hərbi polisin rəisi Armen Arutyunyan işdən azad edilib, keçmiş müdafiə nazirinin Təhlükəsizlik Xidmətinin rəhbəri Sergey Ayrapetov isə başqa vəzifəyə keçirilib.

"Ancaq Vigen Sarkisyanın təyinatından sonra ona tezliklə "qara siyahıya" düşəcəyi barədə məlumat verilib" - nəşr yazır.

Məqalədə işdən azad edilmələrin bu ilin əvvəlində üstü açılan Ermənistan Müdafiə Nazirliyindəki korrupsiya qalmaqalları ilə bağlı olması ehtimalı vurğulanır.

"Xatırladaq ki, yuxarıda adları çəkilənlər hərbi polis binasında Müdafiə Nazirliyinin əməkdaşını döyərək onu özlərinə sərf edən formada ifadə verməyə məcbur ediblər" - nəşr yazıb.

Müdafiə Nazirliyi qəzetin məlumatını şərh etməkdən boyun qaçırıb.

Son xəbərlər

Orphus sistemi