Yuxarı

Ermənistanın iki hərbçisi ölüb

Ermənistanın iki hərbçisi ölüb
İran-Ermənistan sərhədində yol qəzası baş verib

Bakı. 16 noyabr. REPORT.AZ/ İran-Ermənistan sərhədi yaxınlığında baş verən yol qəzası nəticəsində Ermənistan ordusunda müqavilə əsasında xidmət edən 24 yaşlı Vardan Mamikonyan və 30 yaşlı Aram Aslanyan ölüb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə Ermənistanın Meğri-Aqarak avtomobil yolunda baş verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi