Yuxarı

Ermənistanın dağ-mədən sənayesində ciddi maliyyə problemləri yaranıb

Hakimiyyət bir neçə müəssisəyə büdcədən kredit verilməsi variantını müzakirə etsə də, bunu çox riskli sayır

Bakı. 30 yanvar. REPORT.AZ/ Ermənistanın iki dağ-sənayesi müəssisəsi ciddi maliyyə problemləri ilə üzləşib.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Axtalın Dağ-Mədən Zənginləşdirmə Kombinatı artıq bir neçə aydır əməkdaşlarının aylıq əmək haqqını ödəyə bilmir. Saqamar kombinatı isə 6 aydır işləmir.

Xəbərə görə, hakimiyyət bir neçə belə müəssisəyə büdcədən kredit verilməsi variantını müzakirə etsə də, bunu çox riskli sayır. Çünki yaxın 1-2 ilə əlvan metalların qiymətində bahalanma müşahidə edilməyəcəyi proqnozlaşdırılır. Bu səbəbdən də dağ-mədən müəssisələrinin krediti qaytara bilməyəcəyindən ehtiyat edilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi