​Ermənistanın baş naziri və keşişin adı maliyyə fırıldağında hallanır

​Ermənistanın baş naziri və keşişin adı maliyyə fırıldağında hallanır Ofşor şirkətinin qeydə alınması üçün onların "Ameria" adlı bankdan iri məbləğdə kredit götürdükləri iddia edilir
Region
28 Yanvar , 2016 14:41
​Ermənistanın baş naziri və keşişin adı maliyyə fırıldağında hallanır

Bakı. 28 yanvar. REPORT.AZ/ "Ofşor işi ilə mənim heç bir əlaqəm yoxdur".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistanın Ararat rayonu yeparxiyasının arxiyepiskopu Navasard Kçoyan bildirib.

Qeyd edək ki, Ermənistan KİV-ində Kiprin yunanlara aid hissəsində qeydiyyatdan keçən "WLISPERA HOLDINGS LIMITED" adlı ofşor şirkətlə bağlı qalmaqallı material yayılıb. Məlumata görə, Ermənistanın baş naziri Tiqran Sarkisyan, Navasard Kçoyan və sahibkar Aşot Sukiasyan bu şirkətin səhmdarlarıdır. Onların adları Ermənistanda tanınan iş adamı Paylaka Ayrapetyanın müflisləşməsi ilə əlaqələndirilir.

Xəbərə əsasən, baş nazir və keşişin ofşor şirkətinin qeydə alınması üçün "Ameria" adlı bankdan iri məbləğdə kredit götürdükləri iddia edilir. Bu xəbər yayılandan sonra baş nazir və keşiş hadisəni təkzib ediblər.  Sukiasyan isə prokurorluğa muraciət edərək, bildirib ki,  Tiqran Sarkisyan və Navasard Kçoyanın adlarından şirkətin açılması üçün istifadə edib. Prokuror öz növbəsində adları çəkilən şəxslərin xəbər olmadan şirkətin qeydiyyatdan keçməsi mümkünsüzlüyünü vurğulayıb.

Qeyd edək ki, ofşor (ing. offshore) - vergidən tamamilə azad olunmuş və nəzarəti zəif olan zonalardır. Burada qanunvericilik həm şirkətin təsisçilərini, həm də maliyyə mənbələrini gizlətməyə imkan verir. Beynəlxalq hesabatlarda maliyyəsi narkotik, silah alveri və çirkli pulların yuyulmasından əldə edilən şirkətlərin ofşor zonalarda qeydiyyatdan keçdiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi