Ermənistanın baş naziri İrana səfər edəcək

Ermənistanın baş naziri İrana səfər edəcək Artaşes Tumanyan: “Baş nazirin səfəri İranın yeni il bayramınadək gerçəkləşə bilər”
Region
22 Fevral , 2017 13:20
Ermənistanın baş naziri İrana səfər edəcək

Bakı. 22 fevral. REPORT.AZ/ Ermənistanın baş naziri Karen Karapetyan mart ayının ortalarında İran İslam Respublikasına səfər edəcək.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, Yerevanın Tehrandakı səfiri Artaşes Tumanyanla Tehran Ticarət-Sənaye Palatasının rəhbəri Məsud Xansari onun səfəri ilə bağlı məsələni müzakirə ediblər.

Ermənistan səfiri bildirib ki, baş nazirin səfəri iki ölkə prezidentləri arasında əldə edilən razılaşma çərçivəsində reallaşacaq: "Səfər yaxın zamana planlaşdırılıb. Baş nazirin səfəri İranın yeni il bayramınadək, martın 21-dək gerçəkləşə bilər”.

Son xəbərlər

Orphus sistemi