Ermənistandan Rusiyaya kənd təsərrüfatı məhsullarının gətirilməsinə qadağa qoyulub

Ermənistandan Rusiyaya kənd təsərrüfatı məhsullarının gətirilməsinə qadağa qoyulub Rusiya tərəfi bunu Ermənistandakı qeyri-sabit epizootik vəziyyətlə əlaqələndirib
Region
22 Yanvar , 2016 15:20
Ermənistandan Rusiyaya kənd təsərrüfatı məhsullarının gətirilməsinə qadağa qoyulub

Bakı. 22 yanvar. REPORT.AZ/ Rusiya Kənd Təsərrüfatı Məhsullarına Nəzarət İdarəsi Ermənistanın bir sıra kənd təsərrüfatı məhsullarının idxalını qadağan edib.

"Report" TASS-a istinadən xəbər verir ki, Rusiya tərəfi bunu Ermənistandakı qeyri-sabit epizootik vəziyyətlə əlaqələndirib.

Xəbərdə bildirilib ki. Ermənistanda heyvanlar arasında dabaq xəstəliyi yayılıb və bu xəstəliyin Rusiya ərazisinə keçmə təhlükəsi var.

Ermənistandan Rusiyaya dabaq xəstəliyinə yoluxmağa daha çox həssas olan heyvanların - donuz, qaramal, qoyun, keçi, camış və onların əti, süd məhsullarının, yun, dəri və s. məhsulların idxalı müvəqqəti olaraq qadağan edilib.

Son xəbərlər

Orphus sistemi