Yuxarı

​Ermənistanda yol qəzasında üç hərbçi ölüb, ikisi yaralanıb

Hərbçilərin olduğu Mercedes markalı avtomobil ağaca çırpılıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Martuni -Vardenis (Göyçə) yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Ermənistan Silahllı Qüvvələrinin 3 hərbçisi ölüb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin yerli idarəsi məlumat yayıb.

Xəbərə görə, hərbçilərin olduğu "Mercedes" markalı avtomobil ağaca çırpılıb. Nəticədə maşındakı 5 hərbçi yaralanıb. Yaralılar Göyçədəki hərbi hospitala yerləşdirilib. 29 yaşlı kapitan Taron Sedarakyan xəstəxanaya aparılarkən yolda, 38 yaşlı Qriqor Saakyan və yefreytor (baş əsgər) Gevorq Vardanyan isə hospitalda ölüb.

Məlumatda bildirilib ki, digər yaralılar - 28 yaşlı Arutyun Mirzoyan və 30 yaşlı Sevak Qasparyanın vəziyyəti isə orta ağır qiymətləndirilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi