Ermənistan hərbçisi yol qəzasında ölüb

Ermənistan hərbçisi yol qəzasında ölüb Bakı. 14 yanvar. REPORT.AZ/ Ermənistanda baş verən yol qəzası nəticəsində bir hərbçi ölüb, iki nəfər yaralanıb.
Region
14 Yanvar , 2019 10:40
Ermənistan hərbçisi yol qəzasında ölüb
Sputnik Armeniya
0 : 00
0 : 00

Bakı. 14 yanvar. REPORT.AZ/ Ermənistanda baş verən yol qəzası nəticəsində bir hərbçi ölüb, iki nəfər yaralanıb.

“Report” “Sputnik Armenii”ya istinadən xəbər verir ki, məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, qəza Yerevan-Meğri avtomobil yolunda qeydə alınıb. Karçevan kəndinin sakini X.Gevorkyanın idarə etdiyi “VAZ-2107” markalı “Jiqulu” avtomobili İran dövlət nömrə nişanlı “Volvo” yük maşını ilə toqquşub.

Məlumata görə, qəzaya səbəb “VAZ-2107”-nin əks yola çıxması olub. 

Hadisə nəticəsində sürücü, hərbçi X.Gevorkyan hadisə yerində ölüb, iki sərnişin isə yaralanıb. 

Son xəbərlər

Orphus sistemi