Ermənistanda hərbi maşınla minik avtomobili toqquşub.
“Report” “Shamshyan”a istinadən xəbər verir ki, hadisə mayın 21-də Sünik vilayətində - Meqri-Yerevan avtomobil yolunun 82-ci kilometrliyində qeydə alınıb.
“Ford” markalı minik avtomobili QAZ markalı hərbi maşınla toqquşub. Nəticədə 1 nəfər mülki şəxs ölüb, 3 nəfər yaralanıb. Ölən 23 yaşlı Arsvik Voskanyan adlı şəxs, yaralılardan ikisi isə Ermənistan ordusunun hərbçiləridır. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlayıb.