Ermənistanda hərbi maşınla minik avtomobili toqquşub, ölən və yaralananlar var

Ermənistanda hərbi maşınla minik avtomobili toqquşub, ölən və yaralananlar var Ermənistanda hərbi maşınla minik avtomobili toqquşub.
Region
21 May , 2019 16:12
Ermənistanda hərbi maşınla minik avtomobili toqquşub, ölən və yaralananlar var

Ermənistanda hərbi maşınla minik avtomobili toqquşub. 

“Report” “Shamshyan”a istinadən xəbər verir ki, hadisə mayın 21-də Sünik vilayətində - Meqri-Yerevan avtomobil yolunun 82-ci kilometrliyində qeydə alınıb.

“Ford” markalı minik avtomobili QAZ markalı hərbi maşınla toqquşub. Nəticədə 1 nəfər mülki şəxs ölüb, 3 nəfər yaralanıb. Ölən 23 yaşlı Arsvik Voskanyan adlı şəxs, yaralılardan ikisi isə Ermənistan ordusunun hərbçiləridır. Yaralılar xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı cinayət işi başlayıb.

Son xəbərlər

Orphus sistemi