Ermənistanda vəzifə saxtakarlığı etdiyi üçün polisə cinayət işi açılıb

Ermənistanda vəzifə saxtakarlığı etdiyi üçün polisə cinayət işi açılıb Müfəttiş həmçinin hadisə yerinə baxış keçirildikdən sonra tərtib edilən protokola da saxta məlumatlar daxil edib
Region
26 Oktyabr , 2017 18:23
Ermənistanda vəzifə saxtakarlığı etdiyi üçün polisə cinayət işi açılıb

Bakı. 26 oktyabr. REPORT.AZ/ Ermənistanda polis müfəttişi saxtakarlıq edərək şübhəli bilinən şəxsə mağazadan yeni cinayət alətini almağı tapşırıb.

"Report" Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, faktla bağlı Ermənistan Xüsusi İstintaq Xidməti səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı ilə əlaqədar polis işçisinə qarşı cinayət işi açıb.

Ermənistan vətəndaşı V.Petrosyan qız dostu ilə birgə cinayəti törətdiyini bildirib. Hadisə yerinə baxış keçirən Nairi polis şöbəsinin baş müfəttişi cinayət zamanı istifadə edilən baltanı hadisə yerində aşkar etmədiyindən şübhəli bilinən V.Petrosyana mağazadan yeni balta almağı tapşırıb. Hadisə törədilən yerə qoyulan balta müfəttişin göstərişi ilə "aşkar edilib".

Qeyd edilir ki, həmin müfəttiş həmçinin hadisə yerinə baxış keçirildikdən sonra tərtib edilən protokola da saxta məlumatlar daxil edib. 

Son xəbərlər

Orphus sistemi