Yuxarı

Rusiyanın Ermənistandakı hərbi bazasında tank bölmələrinin təlimi keçirilir

Təlimlərə 100-dən çox hərbçi, təqribən 50 hərbi texnika cəlb edilib

Bakı. 5 avqust. REPORT.AZ/ Rusiyanın Ermənistanda yerləşən Cənub Hərbi Dairəsinin hərbi bazasında tank bölmələrində xidmət edən hərbçilər "Alagöz" yüksək dağlıq poliqonunda təlimlərin keçirilməsinə başlayıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, praktiki atəş təlimlərinə 100-dən çox hərbçi, təqribən 50 hərbi texnika, o cümlədən 20-yə yaxın T-72B tankı cəlb edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi