Bir gündə Rusiyanın Ermənistandakı səfirliyinin qarşısında iki aksiya keçirilib

Bir gündə Rusiyanın Ermənistandakı səfirliyinin qarşısında iki aksiya keçirilib Bakı. 25 dekabr. REPORT.AZ/ Bu gün Rusiyanın Ermənistandakı səfirliyinin binası qarşısında iki aksiya keçirilib.
Region
25 Dekabr , 2018 13:31
Bir gündə Rusiyanın Ermənistandakı səfirliyinin qarşısında iki aksiya keçirilib

Bakı. 25 dekabr. REPORT.AZ/ Bu gün Rusiyanın Ermənistandakı səfirliyinin binası qarşısında iki aksiya keçirilib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bir qrup insan Rusiya hərbçilərinin davranışının Ermənistanın təhlükəsizliyini təhdid etməsini mühakimə edib. Bu aksiya saat 12:00-da başlayıb. Onlardan bir saat sonra saat 13:00-da isə kommunistlər “Ermənistanda antirusiya təxribatına yox!” və “Rusiya ilə əbədi!” şüarları altında aksiya keçiriblər.

Aksiya iştirakçıları bildiriblər ki, Rusiyanın 102 saylı hərbi bazası təkcə “Ermənistan vətəndaşlarına deyil, erməni dövləti üçün təhlükə mənbəyidir”. 

Bu piket Ermənistan Avropa Partiyasının təşəbbüsü ilə keçirilib.

Son xəbərlər

Orphus sistemi