Ermənistan İctimai Radiosunun icraçı direktoru istefa verməyə məcbur edilib

Ermənistan İctimai Radiosunun icraçı direktoru istefa verməyə məcbur edilib Onlar mənim otağıma soxulub, istefa verməyimi tələb etdilər
Region
20 Dekabr , 2018 15:22
Ermənistan İctimai Radiosunun icraçı direktoru istefa verməyə məcbur edilib
0 : 00
0 : 00

Bakı. 20 dekabr. REPORT.AZ/ Ermənistan İctimai Radiosunun icraçı direktoru Mark Qriqoryanı istefa verməyə məcbur ediblər.

“Report” “news.am”a istinadən xəbər verir ki, bu barədə o, “Facebook” səhifəsində yazıb.

“Onlar mənim otağıma soxulub istefa verməyimi tələb etdilər. Səbəbini soruşduqda “hamısı orada yazılıb” dedilər. Mən imzasız kağıza qol çəkməyəcəyimi söylədim. Sonra hay-küy səsləri eşitdim. Onlarla danışmağın mənasız olduğunu gördüm. Bütün bunlar mənə çox iyrənc göründü. Fiziki olaraq iyrəndim. Bir neçə saatdan sonra istefa ilə bağlı ərizəmi yazdım”, - deyə Mark Qriqoryan bildirib.

Son xəbərlər

Orphus sistemi