Ermənistanın Ararat şəhərində baş vermiş yol qəzasında hərbi polisin bir əməkdaşı yaralanıb.
“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, “Mercedes E320” və “Hyundai Azera” markalı iki avtomobil toqquşub.
Nəticədə 5 nəfər xəsarət alıb. Yaralılardan birinin vəziyyəti ağırdır.