Ermənistanda qəza nəticəsində 1 hərbçi ölüb, 2-si yaralanıb

Ermənistanda qəza nəticəsində 1 hərbçi ölüb, 2-si yaralanıb Hadisə ilə bağlı istintaq aparılır
Region
16 Fevral , 2017 15:10
Ermənistanda qəza nəticəsində 1 hərbçi ölüb, 2-si yaralanıb

Bakı. 16 fevral. REPORT.AZ/ Buldozerin hərbi hissəyə gedən yolu təmizləməsi zamanı baş verən qəza nəticəsində Ermənistan ordusunun müddətdən artıq xidmət edən 1 hərbi qulluqçusu ölüb, 2-si isə yaralanıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, yolun təmizlənməsi zamanı Qaregin Minasyan, Armen Puxan və Vruyr Nersisyan bədən xəsarəti alıblar. Qaregin Minasyan aldığı xəsarətdən xəstəxanaya aparılarkən yolda ölüb, digər yaralı hərbçi isə hospitala yerləşdirilib.

Hadisə ilə bağlı istintaq aparılır. 

Son xəbərlər

Orphus sistemi