Yuxarı
    Bağlamaq

    Ermənistanda Qaregin Njdenin abidəsi atəşə tutulub

    Sünik vilayətinin qubernatoru müvafiq qurumlara abidə və ətraf ərazilərə nəzarəti gücləndirməyi tapşırıb

    Bakı. 29 avqust. REPORT.AZ/ Ermənistanın Sünik vilayətində Qaregin Njdenin abidəsi atəşə tutulub.

    "Report" "Novosti Armeniya"ya istinadən xəbər ki, Njdenin abidəsinin atəş izləri olan fotosunu vilayət qubernatorunun mətbuat katibi Vazgen Saqatelyan "Facebook" səhifəsində paylaşıb.

    Hadisə ilə əlaqədar qubernator müvafiq qurumlara abidə və ətraf ərazilərə nəzarəti gücləndirməyi tapşırıb.

    Qeyd edək ki, Qaregin Njde (əsl adı Qaregin Ter-Arutyunyan) İkinci Dünya Müharibəsi illərində faşistlərlə əməkdaşlıq edib, amma Ermənistanda milli qəhrəman sayılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi