Yuxarı

Ermənistanda polis ərinə qarşı ifadə vermək üçün qadını dilə tutub

Hadisə ilə bağlı müstəntiqə qarşı cinayət işi açılıb

Bakı. 1 iyun. REPORT.AZ/ "Ərim məni döyüb, ancaq onun məni bıçaqla yaralamasını polis müstəntiqi dilə tutub mənə yazdırdı".

"Report" "news.am"a istinadən xəbər verir ki, əri ilə bağlı şikayət ərizəsi yazan qadının dediklərini Ermənistan Xüsusi İstintaq Xidmətinin mətbuat katibliyi yayıb.

Xəbərə görə, hadisə ilə bağlı işi aparan müstəntiqə qarşı cinayət işi açılıb.

Məlumatda bildirilib ki, əri tərəfindən döyülən qadın polisə şikayət edib. Orada müstəntiq qadına deyib ki, ərinin onu döyməsi ilə yanaşı, pulunu əlindən almasını, bıçaqlamasını da yazsın. Bu ifadədən bir gün sonra polis məntəqəsində saxlanılan həmin kişini sərbəst buraxıblar.

Bundan sonra Nuna M. adlı həmin qadın şikayət ərizəsi yazaraq, istintaq prosesində yazdığı ifadənin gerçəkliyi əks etdirmədiyini, bunu ona müstəntiqin yazdırdığını bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi