Yuxarı
    Bağlamaq

    ​Ermənistanda onlarla sakin içməli sudan zəhərlənib

    Kənd administrasiyasının rəhbəri: İnfeksiya qonşu kəndlərdə də yayılıb

    Bakı. 14 sentyabr. REPORT.AZ/ Ermənistanın Şirak vilayətinin Dzitankov kəndinin 28 sakini içməli sudan mədə-bağırsaq infeksiyasına yoluxub.

    "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Dzitankov kəndinin administrasiyasının rəhbəri Ovik Poqosyan bildirib.

    Onun sözlərinə görə, infeksiya kənddəki içməli su sistemindən yayılıb: "İnfeksiya qonşu kəndlərdə, o cümlədən, Araqatsot vilayətinin yaşayış məntəqələrində və digər yerlərdə də yayılıb".

    Ölkənin Səhiyyə Nazirliyi faktı təsdiqləyib. Nazirlikdən bildirilib ki, laboratoriyada aparılan analizlərin nəticələrinə görə Araqatsyutun vilayətinin bir neçə yaşayış məntəqəsində, o cümlədən, Dzitankov kəndinin sakinləri arasında dizenteriya aşkarlanıb.

    Nazirlik baş verən hadisə ilə bağlı "Ermənistan su kanalı" təşkilatına suya nəzarətin artırılması üçün müraciət edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi