​Ermənistanda onlarla sakin içməli sudan zəhərlənib

​Ermənistanda onlarla sakin içməli sudan zəhərlənib Kənd administrasiyasının rəhbəri: "İnfeksiya qonşu kəndlərdə də yayılıb"
Region
14 Sentyabr , 2015 14:19
​Ermənistanda onlarla sakin içməli sudan zəhərlənib

Bakı. 14 sentyabr. REPORT.AZ/ Ermənistanın Şirak vilayətinin Dzitankov kəndinin 28 sakini içməli sudan mədə-bağırsaq infeksiyasına yoluxub.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Dzitankov kəndinin administrasiyasının rəhbəri Ovik Poqosyan bildirib.

Onun sözlərinə görə, infeksiya kənddəki içməli su sistemindən yayılıb: "İnfeksiya qonşu kəndlərdə, o cümlədən, Araqatsot vilayətinin yaşayış məntəqələrində və digər yerlərdə də yayılıb".

Ölkənin Səhiyyə Nazirliyi faktı təsdiqləyib. Nazirlikdən bildirilib ki, laboratoriyada aparılan analizlərin nəticələrinə görə Araqatsyutun vilayətinin bir neçə yaşayış məntəqəsində, o cümlədən, Dzitankov kəndinin sakinləri arasında dizenteriya aşkarlanıb.

Nazirlik baş verən hadisə ilə bağlı "Ermənistan su kanalı" təşkilatına suya nəzarətin artırılması üçün müraciət edib. 

Son xəbərlər

Orphus sistemi