Ermənistanda nazir vəzifəsini icra edən şəxs istefa verib və aksiya iştirakçılarını dəstəkləyib

Ermənistanda nazir vəzifəsini icra edən şəxs istefa verib və aksiya iştirakçılarını dəstəkləyib Qraçya Rostomyan: "Mən milli səfərbərlik çağırışını dəstəkləyir və şəxsən küçəyə çıxıram"
Region
25 Aprel , 2018 13:29
Ermənistanda nazir vəzifəsini icra edən şəxs istefa verib və aksiya iştirakçılarını dəstəkləyib

Bakı. 25 aprel. REPORT.AZ/ Ermənistanın idman və gənclərlə iş üzrə nazirinin səlahiyyətlərini icra edən Qraçya Rostomyan istefa verib.

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

"Bu anın vacibliyini və hər bir vətəndaşın məsuliyyətini dərk edərək, mən istefam barədə bildirirəm. 

"Çiçəklənən Ermənistan" Partiyasının tərəfdarı olaraq, partiyanın sədri Qaqik Tsarukyanın milli səfərbərlik çağırışını dəstəkləyir və şəxsən küçəyə çıxıram", - Q.Rostomyan deyib. 

Son xəbərlər

Orphus sistemi