Ermənistanda məktəb direktoru və katibi rüşvətə görə həbs edilib

Ermənistanda məktəb direktoru və katibi rüşvətə görə həbs edilib Ermənistanda orta məktəb direktoru və katibi rüşvətə görə saxlanılıb.
Region
27 Mart , 2019 06:31
Ermənistanda məktəb direktoru və katibi rüşvətə görə həbs edilib

Ermənistanda orta məktəb direktoru və katibi rüşvətə görə saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə "News.am" İstintaq Komitəsinin rəsmisi Naira Arutunyana istinadən məlumat yayıb.

Qeyd edilir ki, hadisə Gümrüdə fəaliyyət göstərən 27 saylı orta məktəbdə baş verib. Əvvəlcə həmin məktəbin katibi rüşvət cinayətində əlbir olmaqda şübhəli bilinərək tutulub. Bundan sonra məktəbin direktoru Karine Lalazyaran da külli miqdarda rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

Daha əvvəl Ermənistanda oğul 88 yaşlı ananı qətlə yetirib.

Son xəbərlər

Orphus sistemi