Yuxarı

Ermənistanda məhkəmə hakimi FHN işçilərini tapançayla güllələyəcəyi ilə hədələyib

​Ermənistanda məhkəmə hakimi silahla yanğınsöndürənləri güllələyəcəyi

Ermənistanda məhkəmə hakimi xilasedicilərə tapançadan atəş açacağı ilə hədələyib.

"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisə Kotaysk vilayətində baş verib.

Qeyd edilir ki, xidməti vəzifəsini yerinə yetirən Fövqəladə Hаllar Nazirliyinin əməkdaşları hadisə yerinə gedərkən "Mazda" markalı, "12-NN-021" dövlət nömrə nişanlı avtomobilin sürücüsündən ona yol verməyi xahiş ediblər. Lakin avtomobilin sürücüsü nəqliyyat vasitəsindən düşərək əlindəki silahı onlara tuşlayıb. O, xilasedicilərin hamısını güllələyəcəyi ilə hədələyib.

Fakt üzrə araşdırma aparan polis avtomobilin Yerevan sakini N.K-ya məxsus olduğunu müəyyənləşdirib. Ancaq paytaxtın 35 yaşlı sakini Artur Avakyan hüquq-mühafizə orqanlarına müraciət edərək avtomobilin ona məxsusluğunu, hadisə zamanı sükan arxasında özünün olduğunu bildirib. O, qeyd edib ki, hadisə zamanı əlində "Bruni 84" markalı tapança olub.

Hazırda polis bölməsində fakt üzrə materiallar toplanılır. Qeyd edilir ki, Avakyan Ermənistanın İnzibati Məhkəməsinin hakimidir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi