Yuxarı

​Ermənistanda məhbus intihar edib

Hadisə ilə bağlı cinayət işi açılıb

Bakı. 24 dekabr. REPORT.AZ/ Ermənistanın Armavir şəhərinin həbsxanasında 30 yaşlı məhbus özünü asaraq intihar edib.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Məlumata görə, intihar hadisəsi şəxsi xarakterlidir.

"Gənc məhbus 2008-ci ildən həbsxanadadır. O, sağlamlığa qəsdən ağır xəsarət yetirmək və ya xuliqanlığa görə ittiham edilmişdi. Azadlıqda olarkən, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olub. Deyilənlərə əsasən, intihardan bir neçə gün öncə o, anasından pul istəyib. Hadisənin konkret baş vermə səbəbi məlum deyil. Hadisə ilə bağlı cinayət işi açılıb", - məlumatda vurğulanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi