Yuxarı

Ermənistanda KTMT-yə üzv dövlətlərin xüsusi təyinatlılarının təlimi keçiriləcək

Tədbirdə Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın xüsusi təyinatlıları iştirak edəcək

Bakı. 19 may. REPORT.AZ/ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mayın 24-26-da Ermənistanda təlimi keçiriləcək.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, "Kobalt-2016" adı altında keçiriləcək təlimdə KTMT-yə üzv dövlətlərin Daxili İşlər nazirliklərinin xüsusi təyinatlıları iştirak edəcək.

Təlim Ermənistan Müdafiə Nazirliyinin "Baqramyan" təlim mərkəzində olacaq. Təşkilatın baş katibi Nikolay Bordyuja təlimi müşahidə edəcək.

Xəbərdə bildirilib ki, tədbirdə Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın Daxili Qoşunları və Daxili İşlər nazirliklərinin xüsusi təyinatlıları iştirak edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi