Ermənistanda koronavirusdan daha 2 nəfər ölüb

Ermənistanda koronavirusdan daha 2 nəfər ölüb Ermənistanda koronavirusdan ölənlərin sayı artıb.
Region
29 Mart , 2020 09:52
Ermənistanda koronavirusdan daha 2 nəfər ölüb

Ermənistanda koronavirusdan ölənlərin sayı artıb. 

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Arsen Torosyan bildirib.

Onun sözlərinə görə, martın 29-da Nork xəstəxanasında 2 nəfər koronavirusdan ölüb. Onlardan biri 55 yaşlı qadın və digəri 73 yaşlı kişidir. Onların hər ikisi başqa xroniki xəstəlikdən əziyyət çəkirmiş. 

Bununla da Ermənistanda koronaviusdan ölənlərin sayı 3 nəfərə çatıb.

Xatırladaq ki, martın 28-inə olan məlumata əsasən, Ermənistanda 407 yoluxma faktı qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi