Ermənistanda keçmiş deputatın evində axtarış aparılıb - YENİLƏNİB

Ermənistanda keçmiş deputatın evində axtarış aparılıb - YENİLƏNİB Bakı. 22 iyun. REPORT.AZ/ Ermənistan parlamentinin keçmiş deputatı, Respublikaçılar Partiyasının üzvü Arakel Movsisyan iyunun 22-də sərbəst buraxılıb.
Region
22 İyun , 2018 12:58
Ermənistanda keçmiş deputatın evində axtarış aparılıb - YENİLƏNİB
0 : 00
0 : 00

Bakı. 22 iyun. REPORT.AZ/ Ermənistan parlamentinin keçmiş deputatı, Respublikaçılar Partiyasının üzvü Arakel Movsisyan iyunun 22-də sərbəst buraxılıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Aygök kəndinin icra nümayəndəsi Varujan Abramyan bildirib. 


*** 10:45

Ermənistan Milli Təhlükəsizlik Xidməti keçmiş deputat Arakel Movsisyanın yaşadığı evdə axtarış aparıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, keçmiş hakim Respublikaçılar Partiyasının parlamentdəki fraksiyasının üzvü olub. 

Məlumata görə, axtarışdan sonra Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları A.Movsisyanı da özləri ilə aparıblar.

A.Movsisyan 1966-cı il avqustun 20-də Eçmiadzində anadan olub. 1992-1997-ci illərdə Xankəndi Pedaqoji İnstitutunun Hərbi hazırlıq və bədən tərbiyəsi fakültəsində təhsil alıb. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalında iştirak edib. 2004, 2007 və 2011-ci illərdə Ermənistan parlamentinə deputat seçilib. Ermənistanın keçmiş prezidenti, 30 günlük baş nazir Serj Sarqsyanın Respublikaçılar Partiyasının üzvüdür.

O, qeyri-etik və harın davranışları ilə ad çıxarıb. 

Qeyd edək ki, iyunun 19-da ölkə parlamenti Ermənistan müdafiə nazirinin keçmiş müavini, deputat Manvel Qriqoryanın tutulmasına razılıq verib.  

Son xəbərlər

Orphus sistemi