Yuxarı

​Ermənistanda iş adamları etiraz aksiyası keçirir

Hökumətdən onlarla danışığa gələn yoxdur

Bakı. 26 yanvar. REPORT.AZ/ Ermənistanda hökumət binasının qarşısında iş adamlarının etiraz aksiyası keçirilir.

"Report" "Novosti Armenii"yə istinadən xəbər verir ki, "Ermənistan Kiçik Sahibkarlar İttifaqı" İctimai Birliyinin sədri Stepan Aslanyanın dediyinə görə, onlar sənədləşmədəki bürokratik əngəllərə etiraz olaraq hökumət binasının qarşısına toplaşıblar.

Aksiya iştirakçıları bildiriblər ki, bir neçə saatdır binanın qarşısına toplaşıblar, ancaq hökumətdən onlarla danışığa heç kim gəlməyib.

Xatırladaq ki, 2014-cü ilin oktyabrında qaiməli mallara görə kiçik sahibkarlar üçün vergi 3,5 faizdən bir faizədək azaldılıb. Sahibkarlar bildirib ki, praktikada bunu etmək mümkü deyil, çünki tədarükçülər - orta və iri sahibkarlar heç də həmişə qaimə vermirlər.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi