Ermənistanda intiharların sayı artıb

Ermənistanda intiharların sayı artıb İntiharların 56-sı mənzil və bağda, 12-si çoxmərtəbəli binalarda, 5-i körpüdə törədilib
Region
24 İyul , 2017 14:31
Ermənistanda intiharların sayı artıb

Bakı. 24 iyul. REPORT.AZ/ Ermənistanda bu ilin ilk 6 ayı ərzində 89 intihar hadisəsi qeydə alınıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin milli böhran mərkəzi idarəsinin rəisi Ovanes Xanqeldiyan iyulun 24-də jurnalistlərlə görüşündə bildirib.

Onun sözlərinə görə, ötən ilin uyğun dövrü ilə müqayisədə intihar edənlərin sayı 5 hadisə çoxalıb.

“İntiharların 56-sı mənzil və bağda, 12-si çoxmərtəbəli binalarda, 5-i körpüdə törədilib. İctimai yerlərdə 3, açıq ərazilərdə 2, başqa yerlərdə isə 11 intihar hadisəsi baş verib”, - o vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi