Ermənistanda iğtişaş yaratmaq faktı üzrə cinayət işi açılıb

Ermənistanda iğtişaş yaratmaq faktı üzrə cinayət işi açılıb Saxlanılanlar 3 ildən 8 ilədək azadlıqdan məhrum edilə bilərlər
Region
21 İyul , 2016 16:40
Ermənistanda iğtişaş yaratmaq faktı üzrə cinayət işi açılıb

Bakı. 21 iyul. REPORT.AZ/ Ermənistan İstintaq Komitəsi Yerevanda polis bölməsinə hücum faktı üzrə kütləvi iğtişaşların təşkili üzrə cinayət işi başlayıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

Son məlumatlara görə, kütləvi iğtişaşlarda bilavasitə iştirak etməkdə şübhəli bilinən 28 nəfər polis şöbəsinə gətirilib, onlardan 16-sı həbs olunub.

Saxlanılanlar 3 ildən 8 ilədək azadlıqdan məhrum edilə bilərlər.

Daha əvvəl Ermənistan hüquq-mühafizə orqanlarının etiraz aksiyasını dağıtdıqdan sonra 136 nümayişçini saxladığı məlum olub.

Silahlı qruplaşmanın bir neçə nəfəri girov götürərək ələ keçirdiyi Yerevanın Erebuni rayonunun polis bölməsinin binası yaxınlığında baş verən iğtişaşlar dünən gecə başlayıb. 

Son xəbərlər

Orphus sistemi