Ermənistanda icra hakimiyyətinin binasında partlayış baş verib

Ermənistanda icra hakimiyyətinin binasında partlayış baş verib Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb
Region
3 Yanvar , 2018 14:53
Ermənistanda icra hakimiyyətinin binasında partlayış baş verib

Bakı. 3 yanvar. REPORT.AZ/ Ermənistanın Lori vilayətinin Mets Parni kəndinin icra hakimiyyətinin binasında partlayış baş verib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Partlayış nəticəsində binanın divarı çatlayıb, arakəsmələr uçub. Xəsarət alanlar və hadisənin səbəbi haqda məlumat yayılmayıb.

Qeyd edək ki, 13 otaqdan ibarət 269 kv. metr sahəsi olan bina 2012-ci ildə tikilib. 

Son xəbərlər

Orphus sistemi