Ermənistanda hərbçinin intiharında iştirakda şübhəli bilinən hərbçi həbs edilib

Ermənistanda hərbçinin intiharında iştirakda şübhəli bilinən hərbçi həbs edilib O, gecə saat 12 radələrində hərbçi həmkarı tərəfindən məişət xidməti otağında zorakılığa məruz qalıb
Region
27 İyul , 2017 17:51
Ermənistanda hərbçinin intiharında iştirakda şübhəli bilinən hərbçi həbs edilib

Bakı. 27 iyul. REPORT.AZ/ Ermənistanda müddətli hərbi qulluqçu, kiçik çavuş Vardan Melkonyanın intiharında iştirakda şübhəli bilinən hərbçi həbs edilib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

İnformasiyaya əsasən, o, hədə-qorxu ilə intihar həddinə çatdırma, qəddar rəftar, sistemli şəkildə insan ləyaqətinin alçaldılması maddələri ilə ittiham olunur. Məlumata görə, iyulun 22-də Melkonyan gecə saat 12 radələrində hərbçi həmkarı tərəfindən məişət xidməti otağında zorakılığa məruz qalıb.

Xatırladaq ki, iyulun 23-də 1998-ci ildə doğulan Vardan Melkonyanın meyiti hərbi hissələrdən birinin yaxınlığından asılı vəziyyət aşkar edilib. 

Son xəbərlər

Orphus sistemi