Ermənistanda hərbçilərin çayda boğulmasına görə hərbi hissə komandiri cəzalandırılacaq

Ermənistanda hərbçilərin çayda boğulmasına görə hərbi hissə komandiri cəzalandırılacaq Başqa komandirlərin də istefaya göndəriləcəyi gözlənilir
Region
16 May , 2017 13:07
Ermənistanda hərbçilərin çayda boğulmasına görə hərbi hissə komandiri cəzalandırılacaq

Bakı. 16 may. REPORT.AZ/ Ermənistanın müdafiə naziri üç erməni hərbçisinin çayda boğularaq ölməsi məsələsində günahkarları cəzalandıracağını bildirib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, yaxın günlərdə onun əmri ilə N saylı hərbi hissənin komandiri Gevorq Manqasaryan işdən azad ediləcək.

Başqa komandirlərin də istefaya göndəriləcəyi gözlənilir.

Qeyd edək ki, mayın 13-də Azərbaycanın işğal altında olan Ağdərə rayonunun Madagiz kəndi yaxınlığında “Vilis” markalı avtomobilin gölə düşməsi nəticəsində Ermənistan silahlı qüvvələrinin 3 hərbçisi boğularaq ölüb. Bunlar Ruben Barseqyan (1998-ci ildə anadan olub), Rafael Bişaryan (1997) və Ruben Mnatsakanyandır (1998).

Xatırladaq ki, aprelin üçüncü ongünlüyü və mayın əvvəlini əhatə edən 4 həftə ərzində qeyri-döyüş şəraitində Ermənistan ordusunun 8 hərbçisi ölüb.

Son xəbərlər

Orphus sistemi