Ermənistanda həbsxana rəisinin avtomobilinə qumbara atıblar

Ermənistanda həbsxana rəisinin avtomobilinə qumbara atıblar Naməlum şəxs G.Mkrtçyanın Vanadzordakı malikanəsində dayanmış xidməti avtomobilinə tərəf qumbara tullayıb
Region
10 Oktyabr , 2016 12:32
Ermənistanda həbsxana rəisinin avtomobilinə qumbara atıblar

Bakı. 10 oktyabr. REPORT.AZ/ Ermənistanda "Vanadzor" cəzaçəkmə müəssisəsinin rəisi Gevork Mkrtçyanın avtomobili qumbara ilə partladılıb.

"Report" "News.am" portalına istinadən xəbər verir ki, Ermənistanın İstintaq Komitəsinin məlumatına görə, naməlum şəxs G.Mkrtçyanın Vanadzordakı malikanəsində dayanmış xidməti avtomobilinə tərəf qumbara tullayıb. Partlayış nəticəsində malikanənin həyətindəki beton örtük və maşına ziyan vurulub.

Hadisə yerinə baxış nəticəsində qumbaranın qəlpələri, yayı və bəzi hissələri aşkar edilib.

Əmlakın qəsdən məhv edilməsi faktı üzrə cinayət işi başladılıb.

G.Mkrtçyan zərərçəkən qismində dindirilib. Bir sıra ekspertizalar təyin edilib.

Son xəbərlər

Orphus sistemi