Ermənistanda gələn ildən çörəyin qiyməti qalxacaq

Ermənistanda gələn ildən çörəyin qiyməti qalxacaq Bununla bağlı çörək tədarükçüləri alıcılara xəbərdarlıq ediblər
Region
6 Dekabr , 2017 16:16
Ermənistanda gələn ildən çörəyin qiyməti qalxacaq

Bakı. 6 dekabr. REPORT.AZ/ Ermənistanda yanvarın 1-dən çörəyin qiyməti qalxacaq. 

“Report” Ermənistanın “Joxovurd” qəzetinə istinadən xəbər verir ki, bununla bağlı çörək tədarükçüləri alıcılara xəbərdarlıq ediblər.

Qəzetin yazdığına əsasən, 2018-ci ildən ya çörəyin çəkisi azalacaq, ya da bu məhsul bahalaşacaq.

Hazırda Ermənistanda bir çörəyin qiyməti 0,53 dollar, bir litr süd 1,01 dollar, 12 ədəd yumurta 1,32 dollar, toyuq ətinin bir kiloqramı 4,26 dollardır. Yanvar ayından bu məhsulların hamısının qiymətinin qalxacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi