Bakı. 4 mart. REPORT.AZ/ Ermənistanda rus, yezidi kürdü, assori və müsəlman kürdlərin sayı orta hesabla 50 faizdən çox azalıb.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Milli Statitistika Xidməti məlumat yayıb.
Məlumata görə, 1989-cu ildə Ermənistanda rusların sayı 51 055 nəfər idisə, 2011-ci il əhalinin siyahıya alınmasının nəticələrinə əsasən, ölkədə 11 911 nəfər rus qeydə alınıb. Yezidi kürdlərin sayı hesabat dövrünə uyğun olaraq, 51 976 nəfərdən 35 308 nəfərədək, assorilərin sayı 5 963-dan 2 769 nəfərədək, müsəlman sayılan kürdlərin sayı isə 4 151-dən 2 162 nəfərədək azalıb.
Qeyri-rəsmi mənbələr ötən 5 ildə də ölkənin əsas etnik azlığı sayılanların daha da azaldığını vurğulayır. Məlumatlara əsasən, Ermənistan hakimiyyəti məsələylə bağlı düzgün statistikanı ictimaiyyətdən ya gizli saxlayır, ya da açıqlamır.