Yuxarı
    Bağlamaq

    ​Ermənistanda etirazçının şüarı: "Serjik qatil, cinayətkar və əclafdır"

    Vardqes Qaspari: Bunlar açıq-aşkar cinayət törədir və onu gizlətmədən etiraf da edirlər

    Bakı. 9 iyul. REPORT.AZ/ "Serjik qatil, cinayətkar və əclafdır. Cinayətkar aləm məsuliyyətdən yaynmaq üçün gizli fəaliyyət göstərir. Ancaq bunlar açıq-aşkar cinayət törədir və onu gizlətmədən etiraf da edirlər. Artıq neçənci dəfədir ki, Serj Sarqsyanı tənqid edəndən sonra yaşadığım evin qarşısına per-peyin tökürlər".

    "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu keçmiş siyasi məhbus, etiraz aksiyalarının fəal iştirakçısı, mühəndis Vardqes Qaspari bildirib.

    O, bu gün Ermənistan prezidenti Serj Sarqsyanın evinə gedən küçədə haqqının pozlumasına etiraz olaraq, aclıq aksiyası keçirməyə başlayıb.

    "Aksiyanı bu şüarla keçirirəm: "Serjik - qatil, cinayətkar və əclafdır"", - deyə o, vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi