Yuxarı

​Ermənistanda etirazçılar Rusiya səfirliyinə yumurta atıblar

Nümayişçilər hakimiyyətdən Avrasiya İqtisadi İttifaqından çıxmağı tələb ediblər

Bakı. 14 aprel. REPORT.AZ/ Rusiyanın Ermənistandakı səfirliyinin binasına etiraz aksiyası iştirakçıları tərəfindən yumurta və nədənsə xırda pul atılıb.

"Report" erməni mətbuatına istinadən xəbər verir ki, yerli əhali bu şəkildə Rusiyanın Azərbaycana silah satmasına etirazlarını bildiriblər.

Bir neçə yüz nümayişçi azad və müstəqil Ermənistan şüarları səsləndiriblər və hakimiyyətdən Avrasiya İqtisadi İttifaqından çıxmağı tələb ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi