Yuxarı
    Bağlamaq

    ​Ermənistanda etirazçılar hakimiyyətə qarşı üç tələb irəli sürüblər

    Əsas tələb enerji tariflərinin artırılmasının qarşısını almaqdır

    Bakı. 26 İyun. REPORT.AZ/ Ermənistanda aksiya iştirakçıları ölkə hakimiyyətinə qarşı üç əsas tələb irəli sürüblər.

    "Report" xəbər verir ki, əsas tələb isə elektrik enerjisi tariflərinin artırılmasına dair qərarın qüvvədən salınması və tariflərin endirilməsi məsələsi ilə bağlı fəallarla danışıqlara başlamaqdır.

    Bundan əlavə, etirazçılar iyunun 23-də jurnalist və fəallara qarşı güc tətbiq edən mülki geyimli polislərin məsuliyyətə cəlb edilməsinə çağırış etmək istəyirlər.

    "Armenia Today"in məlumatına görə, eyni zamanda polis etiraz aksiyası iştirakçılarının sayının çoxalması ilə əlaqədar olaraq İrəvanın mərkəzində nəqliyyatın hərəkətini qismən məhdudlaşdırıb.

    Həmçinin qeyd edilir ki, etiraz aksiyasının keçirildiyi meydanda vəziyyət nisbi sakitdir.

    Xatırladaq ki, Ermənistanda kütləvi etiraz aksiyalarına Rusiya şirkətinin elektrik enerjisi qiymətlərini gözlənilmədən qaldırması səbəb olub. İyunun 23-nə keçən gecə polis İrəvanda oturaq aksiyanı su şırnaqları ilə dağıdıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi