Yuxarı
    Bağlamaq

    Ermənistanda “donuz qripi”ndən ilk ölüm hadisəsi qeydə alınıb

    Bakı. 11 yanvar. REPORT.AZ/ Ermənistanda H1N1 virusu (“donuz qripi”) ilə yanaşı, başqa xəstəliklərdən də əziyyət çəkən qadın ölüb.

    “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunun həmin xəstəlik nəticəsində ölkədə ilk ölüm hadisəsi olduğunu deyən Səhiyyə Nazirliyi Milli Xəstəliklərə Nəzarət və Qarşısını Alma Mərkəzinin baş direktoru Artavazd Vanyan hazırda 1251 nəfərin tibbi yardım üçün müraciət etdiyini, 693 xəstənin stasionar müalicə keçdiyini bildirib.

    Bundan əvvəl Ermənistanda “donuz qripi”nə 10 nəfərin yoluxduğu bildirilmişdi.

    Xatırladaq ki, Gürcüstanda bu günədək həmin xəstəlikdən 14 nəfər dünyasını dəyişib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi