Ermənistanda daha bir vəzifəli şəxs istefa verdi

Ermənistanda daha bir vəzifəli şəxs istefa verdi Ermənistan Ali Attestasiya Komissiyasının sədri Smbat Qoqyan istefa ərizəsi yazıb.
Region
14 May , 2020 16:19
Ermənistanda daha bir vəzifəli şəxs istefa verdi

Ermənistan Ali Attestasiya Komissiyasının sədri Smbat Qoqyan istefa ərizəsi yazıb.

“Report” xəbər verir ki, o, bu barədə “Aysor”a məlumat verib.

S.Qoqyan işdən çıxmasının səbəbi barədə danışmaq istəmədiyini saytın müxbirinə bildirib: “Bu barədə gələcəkdə danışacağam. İstefa ərizəsini indicə yazmışam. Heç üstündən bir saat keçməyib”.

Qeyd edək ki, S.Qoqyan 2018-ci il iyunun 12-də Ali Attestasiya Komissiyasının sədri təyin olunub.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın baş nazirinin müavininin ofisinin rəhbəri Varaq Siseryanın da istefa verəcəyi barədə xəbər yayılıb.

Son xəbərlər

Orphus sistemi