Yuxarı

Ermənistanda devalvasiya çörəyin qiymətinin növbəti dəfə artmasına səbəb olub

Ötən həftə Ermənistanda çörək yenə bahalaşıb və bu, dramın devalvasiyasının nəticəsidir

Bakı. 12 fevral. REPORT.AZ/ Ötən həftə Ermənistanda çörək yenə bahalaşıb və bu, dramın devalvasiyasının nəticəsidir.

Bu barədə "Report" Ermənistanın "Jamanak" ("Zaman") qəzetinə istinadən xəbər verir.

"Dram devalvasiyaya uğradıqca un da bahalaşır, özü də ani şəkildə. Səbəbi isə Ermənistanda unun topdan satışının dollarla həyata keçirilməsidir", - nəşr yazır.

Qəzet vurğulayır ki, unun qiymətinin artması çörək məhsullarının qiymətlərinə təsir edir, bu isə öz növbəsində, əhalinin aşağı gəlirli təbəqəsinin büdcəsinə mənfi təsir göstərir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi